Türkiyənin tarixi və coğrafi mövqeyi Sinop şəhərinin mərkəzində yerləşən "Şəhidlər bulağı"nın hekayəsi hər kəsi kövrəldib.  

Unikal.org xəbər verir ki,  bilənlərin emosional anlar yaşamağına səbəb olan hekayə tarixə və bu günə bir körpüdür.  Bulağın Krım müharibəsində şəhid olan 2 800 əsgərin cibindən çıxan pula tikildiyi deyilir.

Yerli sakinlərin məlumatlarına görə, XIX əsrin ən qanlı döyüşlərindən biri olan Krım müharibəsi zamanı şəhid olan minlərlə əsgərin cibindən çıxan qəpik pullar toplanlb. Daha sonra həmin qəpiklərdən şəhidlərin xatirəsinə hər kəsin istifadə edə biləcəyi bulaq inşa ediblər. 

Bildirək ki, Osmanlı və Rus orduları Krım müharibəsində Qafqaz cəbhəsində döyüşərkən Sinop şəhəri 30 noyabr 1853-cü ildə Rusiya donanmasının basqını ilə  cəhənnəmə çevrilib. Şəhər tamamilə yandırılaraq məhv edilib. Sinop Limanında  2 min 800  osmanlı əsgəri şəhid olub. 

Hikayesi acılarla dolu! Şehit olan 2.800 askerin cebinden çıkanlar Sinop'a abıhayat oluyor

'Son yıllarda farklı rivayetler çıktı'

'Bize büyüklerimiz böyle söyledi' 

Gülayə Mecid