Gürcüstanda son sutkada koronavirusa 537 yeni yoluxma halı təsdiqlənib, 494 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a 236 028 nəfərin yoluxduğu müəyyən edilib. Onların 224 189-u sağalıb, 2 728-i isə dünyasını dəyişib.

Hazırda karantin zonalarında 508, stasionar nəzarətdə 3 867 nəfər var. Xəstəliyi yüngül formada keçirən 762 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.