İngiltərə Futbol Federasiyası "Mançester Sitinin baş məşqçisi Xosep Qvardiolaya xəbərdarlıq edib.

Unikal.org xəbər verir ki, buna səbəb Qvardiolanın Premyer Liqanın 12-ci turunda keçirilən "Mançester Siti - "Mançester Yunayted matçından əvvəl oyunun baş hakimi Antoni Teylor haqda danışması olub. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İngiltərə Futbol Federasiyasının qaydalarına görə, oyunlardan əvvəl məşqçilərə hakimlər haqda danışmaq qadağandır.

2016-cı ildə "Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyo "Liverpul matçından əvvəl hakim haqda danışdığı üçün 50 min funt-sterlinq cəza almışdı.

MS - MY matçı ev sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.