Qusar rayonunda bir tüfəng polisə təhvil verilib. 

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, aparılan profilaktiki tədbirlər nəticəsində Qusar rayonunun Zindan-Muruq kənd sakini Rəssam Korumov tapdığı 1 ədəd "İJ-16 markalı tüfəngi könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.