"Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, bizim sıx əlaqələrimiz var".

Unikal.org-un xəbərinə görə, bunu bu gün Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatla çıxışında bildirib.

Fransalı nazir deyib ki, bu ilin sonunda Fransa prezidenti Emmanuel Makronun Azərbaycana səfəri gözlənilir: "Uzun müddət idi ki, Fransa XİN rəhbəri Azərbaycana gəlmirdi. Bu gün bu bayram ərəfəsində bizim burda olmağımız siyasi hadisədir".

"Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair həll variantının tapılmasına kömək edir".

Fransalı nazir deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var: "Mövcud status kvo həll variantı deyil. Biz sülhü və regionda stabilliyi istəyirik. Ümid edirik ki, növbəti aylar ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik".