Bakıda 54 yaşlı kişinin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Unikal.org lent.az-a istinadən bildirir ki,1938-ci il təvəllüdlü Yeliseyeva İnna Nixaylovna "102" xidmətinə zəng edərək bildirib ki, iyulun 23-də saat 13:00 radələrində onunla eyni ünvanda (Badamdar, S.Məmmədov küçəsi ev 13) yaşayan oğlu 1963-cü il təvəllüdlü Yeliseyev Dmitriy Nikolayeviç evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qadının müraciəti ilə bağlı axtarış tədbirlərinə başlanılıb.