Naftalanda yanğın olub.

FHN-dən "Unikal"a verilən xəbərə görə, Naftalan şəhərinin Qasımbəyli kəndində ümumi sahəsi 66 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

Yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 10 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.