Fələstinin HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə onların Qəzza zolağında atəşkəsin yaradılmasına dair təklif etdikləri saziş layihəsini bəyəndikləri barədə məlumat verib.

"Unikal" xəbər verir ki, müvafiq bəyanat hərəkatın rəsmi teleqram kanalında dərc olunub.

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb və hərəkat təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqləmişdi”, - sənəddə deyilir.

*** 20:45

HƏMAS atəşkəs təklifini qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

HƏMAS-ın verdiyi açıqlamada "Misir və Qətərin atəşkəs təklifini qəbul edirik" deyilib.

Nuranə Abbasova