Rusiyanın Kamçatka böllgəsindəki Baranevski qızıl mədəni çöküb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Hadisə nəticəsində bir mədənçi yaralanıb: "Baranevski şaxtasında qaya uçması olub və bir şaxtaçı onun altına düşüb. Xilasetmə əməliyyatı nəticəsində o, dağıntılar altından çıxarılaraq həkimlərə təhvil verilib". 

Fövqəladə vəziyyət zamanı yerin altında heç kim olmayıb, təxliyə aparılmayıb. 

Ağarza Elçinoğlu