13 noyabr 2022-ci ildə İstanbulun İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı məhkəmə tərəfindən yekun qərar qəbul edilib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, terror aktını törətməkdə günahlandırılan Əhlam Əlbəşir 7 dəfə ağırlaşdırılmış ömürlük həbslə 1794 il həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, PKK terror təşkilatının təlimatı ilə 13 noyabr 2022-ci ildə törədilən terror aktı nəticəsində 6 nəfər həyatını itirib, onlarla insan yaralanıb.