Mingəçevirdə qapıları döyərək əhalidə qorxu yaradan qadın müəyyən olunub.

"Unikal"ın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdə həmin qadının əlində bıçaqla qapıları döyərək sakinlər arasında vahiməyə səbəb olduğu görülür. .

Məsələ ilə bağlı "Unikal"ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, görüntülər Mingəçevir şəhərində qeydə alınıb.

Həmin şəxsin əqli qüsurlu olduğu və ruhi-əsəb dispanserində qeydiyyatda olduğu müəyyən edilib.

Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Ehtiram Muradov