Ermənistan hakimiyyəti Rusiya hərbi bazasının və bütün rus hərbçilərinin ölkədən çıxarılması məsələsini gündəmə gətirə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Hökumətə bu tələblə müraciət edən mühafizəkar partiyanın bəyanatında deyilir ki, Rusiya qoşunlarının Ermənistan Respublikası ərazisində olması güc təhdididir və guya Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası Rusiya-Azərbaycan maraqlarına xidmət edir. 

Ağarza Elçinoğlu