Avstraliyanın keçmiş baş naziri Skott Morrison vəzifədə olduğu müddətdə stresslə mübarizə aparmaq üçün antidepresanlardan istifadə etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, sosial media hesabından paylaşım edən Morrison psixi problemlərlə mübarizə aparan siyasətçilərin yüksək səviyyəli vəzifələr tuta bildiyini nümayiş etdirmək istədiyini bildirib.

Baş nazirliyi boyu narahatlıq müalicəsi aldığını qeyd edən keçmiş baş nazir “siyasət onun psixi sağlamlığına ciddi təsir etdiyini” etiraf edib.

2018-2022-ci illər arasında baş nazir vəzifəsini icra edən mühafizəkar Morrison, "Həkimim buna bu qədər uzun müddət dözə biləcəyimə inana bilmirdi. Kömək almasaydım, ciddi depressiyaya düşərdim. Siyasətçilər insan deyillər, daşdan hazırlanmışdır”.

Depressiya keçirərkən mühüm görüşlərə qatıldığını ifadə edən Morrison yanvar ayında siyasətdən ayrılaraq özəl sektora keçib.

Qeyd edək ki, Avstraliyanın keçmiş baş nazirlərindən Malcolm Turnbull 2009-cu ildə yaşadığı çətinliklərə görə bir müddət intiharı düşündüyünü söyləmişdi. 

Gülayə Mecid