Buenos-Ayresdən olan 60 yaşlı jurnalist və hüquqşünas Alexandra Marisa Rodriqes “Miss Argentina” müsabiqəsinin iştirakçılarından biri olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Rodriges gözəllik stereotiplərinə meydan oxumağa hazırdır.

O, müsabiqədə iştirakını qadınların təkcə xarici görünüşünə görə deyil, həm də istedadına görə qiymətləndiriləcəyi yeni dövrün başlanğıcı adlandırır.