Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazinin subasmaya məruz qalması nəticəsində fərdi yaşayış evində 2 azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub. 

Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.