Parisdə Rusiya səfirliyinin yaxınlığındakı prospektə Aleksey Navalnının adı veriləcək.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Fransa paytaxtının 16-cı dairəsinin deputatları yekdilliklə Paris prospektinin Şantmess adının dəyişdirilməsinə səs veriblər.

Rusiya səfirliyinin yaxınlığında iki küçənin kəsişməsi navalnı prospekti adlandırılacaq. 

Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.  A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.