Fici sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 

Zəlzələnin episentri ada dövlətinin paytaxtı Suva şəhərindən 588 km cənub-qərbdə yerləşib. Şəhərdə 77 mindən çox insan yaşayır. Tektonik hadisənin mənbəyi 18 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Gülayə Mecid