Türkiyəli aktrisalar Almila Ada və Benian Dönmez qəzaya düşüb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə sənətçilər Ayvalıkdakı çəkiliş meydançasına gedən zaman səhər saatlarında baş verib. Hazırda xəstəxanada olan aktrisaların vəziyyətinin yaxşı olduğu deyilib. 

Qeyd edək ki, Almila və Benian hazırda "Üç kız kardeş" serialında rol alırlar.