Bu gün Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində "Qəbələ" - "Kəpəz" qarşılaşması baş tutub.

"Unikal" xəbər verir ki, oyun zamanı AFFA nümayəndəsi Yavər Rəhimovla qəbələli azarkeşlər arasında insident yaşanıb. 

O, azarkeşləri stadiondan çıxarmaqla hədələyib və daha sonra səlahiyyətindən sui-istifadə edib birinci zonada siqaret çəkib.

AFFA nümayəndəsinin davranışı birmənalı qarşılanmayıb.