Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Dadaşov Natiq Hüseyin oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.