Sudanın müdafiə naziri ehtiyatda olan 65 yaşadək əsgər və zabitlərin orduda xidmətə çağırılması barədə əmr verib.

"Unikal" xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.

Bildirilib ki, ehtiyat qüvvələrin çağırılması qərarı Sudan ordusunun ölkədə təhlükəsizliyi bərpa etmək səylərini dəstəkləmək məqsədi daşıyır.

Nazirin imzaladığı əmrdə qeyd olunub ki, hərbçilərin çağırılması ölkədəki mövcud vəziyyətlə bağlıdır.