Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 828 vaksin vurulub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 751, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 31, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 21 nəfərdir.