Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (04.09.2023-10.09.2023) 126 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, son həftədə analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 832 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 132 nəfərdir.

Ölkədə son həftə ərzində 2909, hazırkı dövrədək isə 7 677 476 test aparılıb.

Həmçinin, sentybarın 4-dən 10-dək koronavirus (COVID-19) əleyhinə 91 vaksin vurulub.

Həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, üç və daha çox doza vaksin vurduranların sayı 39, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 9 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 392, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 437, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 361, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 186, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 408 təşkil edir.