Vindzor qəsrində Britaniya kraliçası II Elizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filiplə dəfn mərasimi başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.

Edinburq hersoqu Filip aprelin 9-da Vindzor qəsrində vəfat edib.

Koronavirus pandemiyası ilə əlaqədar dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçirilir. Mərasim Britaniya televiziyası ilə translyasiya edilir.

Böyük Britaniyanın baş naziri Boris Conson dəfndə iştirak etmir.