Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

Məlumata görə, London Rusiya hərbi attaşesini ölkədən çıxarır, Rusiyaya məxsus bəzi daşınmaz əmlaklardan diplomatik statusu götürür və Rusiya vətəndaşlarının diplomatik viza almasına yeni məhdudiyyətlər tətbiq edir.