Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Həsənsu kənd yaşayış məntəqəsində keçirib. 

"Unikal" xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Həsənsu kənd tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda Ağstafa RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səyyar qəbulda vətəndaşlar tərəfindən irəli sürülən müraciət və təkliflər qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan məsələlərin həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.