Dünyanın ən zəngin şəhərinin adı açıqlanıb. 

"Unikal" xəbər verir ki, 2024-cü ildə Nyu-York “Henley & Partners”in versiyasına görə dünyanın ən zəngin şəhərlərinin siyahısında birinci yerdədir.

Analitiklərin fikrincə, Nyu-Yorkda 60 milyarder, 349 min milyonçu yaşayır və sakinlərin ümumi sərvəti üç trilyon dollara bərabərdir. Eyni zamanda milyonçuların sayı 2013-cü ildən bəri 48% artıb.

Milyonerlər şəhəri sırasında ikinci yer San-Fransiskoya məxsusdur. Üçüncü yerdə isə Tokio qərarlaşıb.

Zərifə Nağıyeva