Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.

1960-cı il təvəllüdlü Həsənov Şamil Şahalı oğlunu “Lexus” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.