Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Cəbəllütariqda keçirilmiş “Masters” turnirini yarımçıq başa vurmasının səbəbi bəlli olub.

Unikal.org xəbər verir ki, bu barədə 35 yaşlı qrossmeyster özünün şəxsi "Facebook" hesabında paylaşım edib. 

Məmmədyarov turniri allergik xəstəlik keçirdiyi üçün yarımçıq buraxmaq məcburiyyətində qaldığını vurğulayıb: "Yarışın təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən də baş təşkilatçı Stuart Conquestə təşəkkürümü bildirirəm. Artıq, Cəbəllütariqı tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 8 turdan sonra yarışdan kənarlaşıb. O, 8 qarşılaşmaya 5 xal toplaya bilib.