Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Mazıx kəndində baş verib.

Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Osmanov fərdi təsərrüfatda günəmuzd işçi kimi xurma yığarkən ağacdan yıxılıb.

Yaralı ev sahibi tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, N.Osmanov 3 azyaşlı uşaq atasıdır.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.