Quba rayonunda keçmiş məhbus qətl törədib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Atuc kəndində baş verib. 

Kafedə mübahisə zəminində kənd sakini Cabir Əhmədxanov Aşağı Xuc kənd sakini Babək Şükürovu üstündə gəzdirdiyi bıçaqla qətlə yetirib. 

Qeyd edək ki, Cabir Əhmədxanov həbsxanadan ötən il çıxıb.

Faktla bağlı araşdırma aparılır.