Xəbər verdiyimiz kimi, Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib. 

"Unikal"ın məlumatına görə, pediatr odlu silahdan atəş açaraq özünü öldürüb. 

Mərhumun iş yoldaşlarından birinin sözlərinə görə, onun intihar etməsinə xidməti iş yerində yeni rəhbərliklə yaranmış narazılıq səbəb olub. 

Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova "Unikal"a açıqlamasında bu iddianı təkzib edib. 

"Bizdə yeni rəhbər təyinatı olmayıb. Kafedra müdirimiz, universitet rəhbərliyi neçə vaxtdır bu işdə çalışır. İşdə hamı bu xəbəri eşidəndə çox təəccübləndi. Kafedra müdiri ilə də yaxın münasibətləri olub. Deyildiyi kimi, heç bir rəhbər dəyişikliyi olmayıb. Kafedra K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD) nəzdində yerləşir. Nəsib həkim işə də gəlib-gedirdi", - deyə o bildirib. 

Nuranə Abbasova