Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Mirzoyanın Macarıstanın yüksək rütbəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşü planlaşdırılır.

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.