Salyan rayon sakini çayda boğulub. 

Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Məzahim Qabil oğlu Məmmədov ərazidən keçən Akkuşa çayında çimərkən suda boğulub. Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.