Xəbər verdiyimiz kimi, müğənni Hadisəbnin anası Gülnihal Açıkgözün intihar etməsi barədə xəbərlər yayılmışdı.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, sonradan verilən açıqlamadaonun intihar etmədiyi və zəhərləndiyi deyilmişdi. Lakin gerçəklər ortaya çıxıb. Müğənninin anasının intihardan əvvəl yazdığı məktub tapılıb. Belə ki, Açıkgözün həqiqətən intihara cəhd etdiyi məlum olub:

"Haqqınızı halal edin. Dözə bilmirəm. Bəlkə aranızdan çəkilsəm daha yaxşı olar. Atanızın dişlərini düzəltdirməyə 20 min avro ödədiniz. Amma mənim bel ağrılarım vecinizə olmadı. Ən son nöqtə isə Hadisənin "Ev sizin, maşın mənim sözlərini deməsi oldu. Əvvəl Allaha, sonra bir-birinizə əmanət olun. Nə qardaş və bacılarımdan, nə də övladlarımdan üzüm gülmədi. Allah sizi güldürsün .