Türkiyənin qalmaqallaı prodüseri növbəti dəfə məhkəməlik olub. Müğənni İbrahim Tatlısəs prodüser Erol Köseni məhkəməyə verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Erolun müğənnidən xəbərsiz "Tatlıses klasiği adlı albomu təqdim etməsi olub. 

Bildirilir ki, prodüser albomdakı köhnə mahnıları yeni kimi qələmə verib. Məhkəmə qərarı ilə prodüserin sənətçiyə 98 min türk lirəsi (təxminən 47 min AZN)  ödəyəcəyi məlum olub. Albomda Tatlısəsin fotosundan istifadə olunduğuna görə isə Köse 10 min maddi, 10 min də mənəvi təzminat ödəyəcək.