Paytaxtın Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Səlimliyə məxsus "Mercedes markalı avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xanlar Hüseynov saxlanılıb.

20-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə paytaxt sakini F.Qədimovun "VAZ-2106 markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Rəsul Rəhimov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.