Sumqayıt şəhərində 25 yaşlı qız itkin düşüb.

Unikal.org-un  report-a istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəkiuşaq bağçalarından birindəməskunlaşmış, Ağdam rayonununXıdırlı kənd qeydiyyatında olan 1993-cü il təvəllüdlü Məhərrəmova Zülfiyyə İlqar qızı bu ilin iyulun 8-dəyaşadığı evdən çıxıb vəgeri qayıtmayıb.

Məhərrəmova Zülfiyyə İlqar qızının əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, baş saçının rəngi şabalıdıdır. Çiynində, sağ biləyində və sağ ayağı üzərində qara rəngli ət xalı var. Fiziki və əqli cəhətdən sağlamdır.

Məhərrəmova Zülfiyyə İlqar qızı barəsində məlumatı olan şəxslərdən Sumqayıt Şəhər Polis İdarəsinə 018-65-4-02-02, 018-65-4-42-03,055-515-39-66 telefon nömrələri iləzəng vuraraq məlumat vermələri xahiş olunur.