Abşeron rayonunun Novxanı qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un "Reporta istinadən xəbərinə görə, 1974-cü il təvəllüdlü Cəfərov Rasim Bulud oğlu yolu keçərkən sürətlə hərəkətdə olan "Moskviç" markalı minik avtomobili onu vurub. Piyada elə hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.