"Muğam dünyası adlı qrupun Koordinatoru Gülnar Qüdrətli IX Beynəlxalq Qəbələ Musiqi Festivalın çıxış edəcək.

Milli Konservatoriyanin tələbələri Nicat Məsimov və Gülnar Qüdrətli IX Beynəlxalq Qəbələ Musiqi Festivalına Yola düşməyə hazırlaşırlar. 29 iyul-3 avqust tarixlərində Qax, İsmayıllı və Qəbələdə çıxışlar edəcəklər. "Xəbər verdiyimiz kimi, sosial mediada "Muğam dünyası adlı qrup var . Qeyd edək ki, layihəyə gənc ziyalı koordinatorlar təyin olunub ki, bütün paylaşılan informasiyalara onlar nəzarət edir. Həmin koordinatorlardan biri 4-cü Televiziya Muğam Müsabiqəsinin qalibi, "Muğam Dünyası layihəsinin Koordinatoru Gülnar Qüdrətlidir. 

Qəbələ Musiqi Festivalı -” Azərbaycanın Qəbələ şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında keçirilən musiqi festivalıdır. Festival Heydər Əliyev Fondunun köməyi ilə təşkil olunur. Tədbir Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor Dmitri Yablonskinin təşəbbüsü ilə təşkil olunur. Musiqiçilər açıq səma altında çıxış edirlər. Heydər Əliyev Fondu 2009-cu ildən başalayaraq hər il Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı keçirir. Birinci Qəbələ Beynəlxalq musiqi festivalında dünyanın 16 ölkəsindən - ABŞ-dan, Fransadan, İsraildən, Meksikadan, Polşadan, Rusiyadan, İtaliyadan, İspaniyadan və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər iştirak ediblər.

2010, 2011, 2012, 2013, 2014 və 2015-ci illərdə keçirilən Qəbələ Beynəlxalq musiqi festivalları çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi konsertləri təşkil olunub. Festivallarda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli simfonik və filarmonik orkestrlər çıxış ediblər.