Müğənni-bəsətkar Eminin təşkil etdiyi "Jara festivalı bugün başlayır.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, bu münasibətlə bir çox əcnəbi ulduz Bakıya gəlib. Onlar arasında Ani Lorak, Valeriya və Qlükoza da yer alıblar.

Müğənnilər beynəlxalq musiqi festivalı ilə bağlı keçirilən mətbuat konfransına qatılıblar.

Qeyd edək ki, "Sea Breeze istirahət mərkəzində baş tutan festivala 500 musiqiçi qatılacaq. Tədbir iyulun 30-na kimi davam edəcək.