İzimir Karabağlar Mahalında "Qurban Bayramı üçün satışa çıxarılan mal bazarında silahlı insident olub.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı döyüşdə 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Alınan məlumata görə, Qurban Bayramı səbəbiylə Karabağlar Mahalında qurulan heyvan bazarında, aralarında daha əvvəldən olduğu iddia edilən iki ailə arasında məlum olmayan səbəblərdən mübahisə yaranıb.

Müzakirənin böyüyüb silahlı döyüşə çevrilməsi nəticəsində Neşat (50), Ənvər (30), Nurbay (41), Bəkir (27) və Səbri Sorhun (57) ilə Mustafa Kırışkuzu (66) yaralanıb.

Vətəndaşların məlumatı əsasında hadisə yerinə çox sayda polis və sağlamlıq qrupu cəlb edilib.

Bütün yaralılar Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq Neşat, Ənvər və Nubray Sorhun həyatlarını xilas etmək mümkün olmayıb. Digər yaralıların isə sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.

Polis qrupları silahlı insidentdə səbəb kimi Mehmet, Osman və Hüseyn G-yi saxlayıb.

Hadisə ilə əlaqədar istintaqın davam etdiyi bildirildi.