Neftçalada 3 otaqlı ev yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, rayonunun Ərəbqardaşbəyli kəndində ümumi sahəsi 204 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyününün yanar konstruksiyaları 172 m² sahədə yanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Xaçmaz rayonunun Ləcət kəndində “KamAZ” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.