Göygöldə restoranda yanğın hadisəsi olub.

"Unikal" xəbər evrir ki, hadisə rayonun Topalhəsənli kəndində yerləşən Qoşa Çinar ailəvi istirahət mərkəzində qeydə alınıb. Belə ki, sözügedən restoranda anidən yanğın olub. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı  ümumi sahəsi 110 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tural Əhmədov