Yevlaxda piyadanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə Xanabad kəndi istiqamətindən keçən magistral yolda baş verib.

Avtomobil yolu keçmək istəyən 62 yaşlı piyada Yaşar Allahverdiyevi vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Ehtiram Muradov