Ermənistan və Ukraynanın xarici işlər nazirləri Ararat Mirzoyanla Dmitri Kulebanın telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli siyasi dialoq və Ermənistan-Ukrayna gündəliyində duran məsələlər müzakirə edilib.

Həmçinin, Mirzoyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və ümumiyyətlə, münasibətlərin tənzimlənməsi məsələsinə toxunub.