Laçında usta bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul oğlu ekskavator təmir edən zaman üzərinə dəmir parçası düşüb.

Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.