Amerikalı həkimlər ilk dəfə olaraq marallar arasında yayılan “zombi” virusuna (CWD) yoluxmuş iki xəstəni müəyyən ediblər. Əvvəllər yalnız marallarda bildirilən bu xəstəlik heyvanları bir növ zombiyə çevirir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hər iki hal 2022-ci ildə qeydə alınıb. Ölənlərdən biri, 72 yaşlı ovçu mütəmadi olaraq CWD-ya yoluxmuş maralların əti yeyirmiş. Bundan sonra kişi virusa yoluxub, tibbi müdaxiləyə baxmayaraq bir ay sonra həyatını itirib. 

Maraqlıdır ki, bu ovçunun tanışlarından biri də eyni xəstəlikdən dünyasını dəyişib. Və o da maral əti yeyib. Həkimlər hər iki xəstənin maral ətindən bu ölümcül infeksiyaya yoluxduğunu bildiriblər. Bu, bəşər tarixində bir ilkdir. 

Məlumata görə, xəstəliyin müalicəsi yoxdur və son dərəcə yoluxucudur.

Gülayə Mecid