Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyanın Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinə girməsinə icazə verilməyib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Polis qeyd edib ki, yalnız kəndlilərin içəri girməsinə icazə verilir: "Kirantsa girmək üçün polis şəxsiyyəti təsdiq edən sənəd tələb edir".

Xatırladaq ki, bu gün səhər saatlarında Kirantsda 31 nəfər etirazçı saxlanılıb. 

Ağarza Elçinoğlu