Aprelin 18-i gecə Rusiya ordusunun Dnepr şəhərinə atdığı raketlərdən biri yaşayış binasını hədəf alıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində beşmərtəbəli binanın bir hissəsi yanaraq yararsız hala düşüb.

Xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 6 nəfər xilas edilib. Xilasedilənlər xəstəxanaya yerləşdirilib.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak dağıntılar altında insanların ola biləcəyini bildirilib. 

Bununla yanaşı, Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə bir nəfər həlak olub, doqquz nəfər yaralanıb. Pavloqrad şəhəri də raket zərbələrinə məruz qalıb. Hadisə nəticəsində iki nəfər ölüb, 15 nəfər ağır xəsarətlər alıb. Aviahücum zamanı şəhərdəki müəssisələrdən biri sıradan çıxarılıb.

Zərifə Nağıyeva